"Beşiktaş" fanatları Ağcabədidə xeyriyyə aksiyası keçiriblər

"Beşiktaş"ın Azərbaycandakı azarkeşləri növbəti xeyriyyə aksiyasında məktəbliləri sevindiriblər. SportLine.az xəbər verir ki, son olaraq Ağdam rayonunun cəbhəyanı kəndlərinə səfər edərək oradakı məktəblilərə həddiyələr aparan azərbaycanlı azarkeşlərin növbəti ünvanı Ağcabədi olub. "Beşiktaş" fanatları Mişni kənd tam orta məktəbində şagirdlərlə görüşüblər. "Kənd məktəblərinə yardım" devizi altında keçirilən səfər zamanı uşaqlara müxtəlif məktəb ləvazimatları və kitablar, "Beşiktaş"ın simvolları həkk olunmuş formalar, şərflər və papaqlar həddiyə olunub. Gələcəkdə belə xeyriyyə aksiyalarının Azərbaycanın digər bölgələrində keçirilməsi nəzərdə tutulub.