"Beşiktaş" fanatlarına bəd xəbər
"Beşiktaş" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsindəki səfər oyunlarına azarkeşsiz yollanacaq. Sportline.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik bu haqda qəti qərar qəbul edib. Buna səbəb isə, 2016-17 mövsümündə UEFA Avropa Liqasının 1/4 final mərhələsində, "Lion"la səfər oyunu zamanı azarkeşlər arasında baş verən qarşıdurmalardır. Xatırlayırsınızsa, həmin hadisədən sonra hər iki klub UEFA tərəfindən cərimələnmişdi. Qeyd edək ki, "Beşiktaş" G qrupunda "Monako", "Porto" və "Leipsiq" komandaları ilə münasibətləri aydınlaşdıracaq.