"Beşiktaş" fanatlarına şad xəbər

"Beşiktaş"ın koronavirusa yoluxan baş məşqçisi Sergen Yalçın virusa qalib gəlib. 

 Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Xəbərə görə, 48 yaşlı mütəxəssisin son analizinin cavabı mənfi çıxıb. 

Qeyd edək ki, Sərgən Yalçında sentyabrın 17-də koronavirus aşkarlanmışdı.