“Beşiktaş” – “Fənərbağça”: Düşərgələrdəki son durum

Bu gün Türkiyə Superliqasında 15-ci tur çərçivəsində İstanbul derbisi keçiriləcək.

Sportline.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərbağça” ilə münasibətləri aydınlaşdıracaq.

“Beşiktaş”da əsas itki Qabriel Paulista və Feliks Udokayın adı ilə bağlıdır.

“Fənərbağça”da isə Ceydon Ostervolde və Mert Hakan Yandaş zədə səbəbindən matçı buraxmalı olacaq.

Oyunun ədalət təmsilçisi Mehmet Türkmen olacaq.

Qeyd edək ki, “Beşiktaş” – “Fənərbağça” derbisi bu gün saat 20:00-da start götürəcək.