"Beşiktaş" - "Fənərbağça" matçının hakimi bəlli olub
Türkiyə Superliqasının 15-ci turunda "Beşiktaş" - Fənərbağça" oyununu idarə edəcək hakim müəyyənləşib.
Sportline.az xəbər verir ki, İstanbul derbisini Mehmet Türkmen idarə edəcək.
Qeyd edək ki, dekabrın 7-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
"Fənərbağça" 32 xalla ikinci, "Beşiktaş" 22 xalla beşinci pillədə qərarlaşıb.