"Beşiktaş" fransalı oyunçunu transfer etmək istəyir

Transfer çalışmalarını davam etdirən "Beşiktaş"da sol cinah hücumçusu mövqeyinə daha bir namizədin adı məlum olub.

Sportline.az xəbər verir ki, Türkiyə klubu 'Sassuolo"nun fransalı oyunçucu Armand Laurienteni transfer siyahısına daxil edib.

Klub rəhbərliyi bu transfer üçün danışıqlara başlayıb və 25 yaşlı oyunçunun öz də komandadan ayrılmaq istəyir.

Qeyd edək ki, ötən mövsüm İtaliya klubunun heyətində 40 oyuna çıxan Lauriente bu görüşlərdə 5 qol və 6 asistlə yadda qalıb.

Fransalı daha əvvəl "Loryan" və "Renn" klublarında çıxış edib.