"Beşiktaş" iranlı forvardla maraqlanır

"Beşiktaş" "İnter"in iranlı hücumçusu Mehdi Taremi ilə yaxından maraqlanır.

Sportline.az jurnalist Alfredo Pedullanın məlumatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun meneceri İstanbul klubu ilə təmas halındadır.

M.Taremi karyerası ərzində "İnter"lə yanaşı, "İranjavan", "Şahin", "Persepolis", "Al-Qafara", "Rio Ave" və "Porto" kimi klubların şərəfini qoruyub.

Qeyd edək ki, təcrübəli futbolçunun İtaliya klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 3.5 milyon avro olaraq qiymətləndirilir.