"Beşiktaş" "Latzio"nun futbolçusunu transfer edə bilər
"Beşiktaş"ın yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, "Latzio"nun italiyalı futbolçusu Luka Pellegrini karyerasını "Beşiktaş"da davam etdirə bilər.
İstanbul nəhəngi bu keçid üçün "Latzio"ya 4 milyon avro təklif edib.
Qeyd edək ki, hazırda "Yuventus"da icarə əsasında çıxış edən futbolçu bu mövsüm 21 matçda üç məhsuldar ötürmə ilə yadda qalıb.