"Beşiktaş" liderliyə yüksəldi

Türkiyə Superliqasında 16-cı tur davam edir.
 
Sportline.az xəbər verir ki, son oyun günündə daha üç qarşılaşma keçirilib. “Rizəspor” doğma meydanda “Gənclərbirliyi” ilə heç-heçə edib - 1:1.
 
Səfərdə “Karagümrük”lə qarşılaşan “Trabzonspor” çətin qələbə qazanıb - 2:1.
 
“Beşiktaş” isə “Kayserispor”la səfər matçında 2:0 hesablı qələbə qazanıb və xallarnı 31-ə çatdıraraq liderliyə yüksəlib. "Alanyaspor" və "Qalatasaray" 30 xalla 2-ci, 3-cü pillələri bölüşür. "Qaziantep" 28 xalla 4-cü, "Hatayspor" 27 xalla 5-cidir.


3 yanvar

Türkiyə Superliqası, 16-cı tur
 
"Rizəspor" – "Gənclərbirliyi" - 1:1
Qollar
: Şkoda, 8 – S.Dikmen, 65.
 
"Karagümrük" – "Trabzonspor" - 1:2
Qollar
: Balkoveç, 70 – Nvakaeme, 46. Ekuban, 81.
 
"Kayserispor" – "Beşiktaş" - 0:2
Qollar
: Nkudu, 89. Hasiç, 90+5.
 

4 yanvar
 
20:00."Kasımpaşa" – "Fənərbaxça"