"Beşiktaş" "Mançester Yunayted"in futbolçusunu istəyir

"Beşiktaş" "Mançester Yunayted"in sol cinah müdafiəçisi Tayrel Malasianı heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu niderlandlı oyunçunun meneceri ilə danışıqlara başlayıb.

26 yaşlı oyunçunun dəyəri 5 milyon avrodur.

Qeyd edək ki, T.Malasia cari mövsüm meydana çıxdığı 3 matçda 1 qolla yadda qalıb.