"Beşiktaş" mövsümün ilk derbisi üçün start heyəti müəyyənləşdirib

Türkiyə Super Liqasında bu həftə 5-ci turun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, turun böyük maraqla gözlənilən görüşlərindən biri Trabzonda olacaq.

Yerli komanda ilə "Beşiktaş"ın qarşılaşması gərgin mübarizə vəd edir.

Mövsümə uğurla başlayan "Qara qartal" qələbə seriyasını bu oyunda da davam etdirmək iddiasındadır.

Baş məşqçi Covanni van Bronhorst Trabzon sınağında güvənəcəyi "onbirliyi" də müəyyənləşdirib.

Sabah qəzetində yayılan məlumata görə, niderlandlı mütəxəssis start heyətə Mert Günok, Paulista, Udokai, Masuaku, Svenson, Jedson Fernandes, Musrati, Raşitsa, Rafa Silva, İmmobile və Joao Mario daxil edəcək.

Qeyd edək ki, "Trabzonspor" - "Beşiktaş" matçı sabah keçiriləcək.