"Beşiktaş" qışda brazilyalı futbolçunu heyətinə qatmaq istəyir

Yayda sol cinah müdafiəçisi mövqeyini gücləndirə bilməyən "Beşiktaş" növbəti transfer mövsümündə PSV-nin oyunçusu Mario Junioru heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu barədə Ntvspor.net saytı məlumat yayıb.

Braziliyalı futbolçunun hazırki transfer dəyəri 8 milyon avrodur.

Ötən mövsüm Niderland klubunun heyətində 21 oyuna çıxan Junior aktivinə 1 qol yazdırıb.

Qeyd edək ki, onun PSV ilə 2025-ci ilə qədər müqaviləsi var.