"Beşiktaş" sol cinah müdafiəçisini Belçikadan tapdı
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Beşiktaş"da transferdə hərəkətli günlər yaşanır.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, növbəti mövsüm üçün iddialı heyət qurmağı planlayan İstanbul təmsilçisinin növbəti transfer hədəfi "Klub Brugge"nin müdafiəçisi De Kuyperdir.
Baş məşqçi Van Bronkhorstun istədiyi futbolçu üçün "Klub Brugge" 20 milyon avro tələb edir.
Beşiktaş isə Belçika klubuna Muleka, Ersin Destanoğlu və bir miqdar pul təklif edir.
Xəbərdə bildirilir ki, De Kuyper üçün "Beşiktaş" ilə yanaşı bir çox Avropa klubunun təklifi var.
Qeyd edək ki, 23 yaşlı oyunçu ötən mövsüm paytaxt klubunun heyətində 55 oyunda 5 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.