“Beşiktaş” ulduz futbolçu ilə maraqlanır

Senaqal millisinin 32 yaşlı hücumçusu Sadio Mane Ərəbistan klubu “Əl-Nəssr”dən ayrıla bilər.

Sportline.az Fanatik qəzetinə istinadla xəbər verir ki, “Beşiktaş” klubu yay transfer pəncərəsinin bağlanmasına qədər Manenin transferini bitirməyə çalışacaq. 

Mane hələ ki “Beşiktaş”ın təklifinə cavab verməyib. 2023-cü ilin yayında “Bayern Münhen”dən “Əl-Nəssr”ə 30 milyon avroya transfer olunan futbolçunun Ərəbistanda xoşbəxt olmadığı bildirilir.

Qeyd edək ki, Sadio Mane “Əl-Nəssr”də çıxış etdiyi 54 matçda 19 qol, 13 assitlə yadda qalıb.