"Beşiktaş" və 8 qol...
Dünya çempionatı ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Beşiktaş" hazırlıq matçında qüvvəsini sınayıb.
Sportline.az xəbər verir ki, Şenol Güneşin rəhbərlik etdiyi komanda "Giresunspor"la üz-üzə gəlib. Qarşılaşma İstanbul təmsilçisinin 5:3 hesablı qələbəsiylə başa çatıb.
"Beşiktaş" - "Giresunspor" 5:3
Qollar: Gedson Fernandes, 30, 46, Kevin Nkudu, 45 (pen), Cenk Tosun, 70, 86 - Serjinyo, 51, Davas, 81, Saviçeviç, 90