"Beşiktaş" yeni mövsüm üçün səfər formasını təqdim edib
"Beşiktaş" 2024/25 mövsümündə geyinəcəyi səfər formasını təqdim edib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Beşiktaş ev oyunlarında geyinəcəyi formadan sonra səfər formalarını da ictimaiyyətə tanıdıb.
Klubdan verilən açıqlamada yeni formalarına artıq satışa çıxarıldığı bildirilib.
Qeyd edək ki, "Beşiktaş"ın "Latsio"dan transfer etdiyi Ciro İmmobile ötən gün üzərində yeni forma ilə İstanbula gəlib.