"Beşiktaş" zirvədə

Türkiyə "Super Liqa"sında 22-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, turun son oyununda "Beşiktaş" "Gənclərbirliyi"ni qəbul edib.

Oyunda daha üstün təsir bağışlayan "Qara qartal" minimal hesablı qələbə qazanıb. "Beşiktaş" növbəti 3 xalı qazanmaqla "Fənərbaxça"nı arxada qoyaraq liderliyə yüksəlib.

22 fevral 2016
"Super Liqa", 22-ci tur


"Beşiktaş" - "Gənclərbirliyi" - 1:0
Qol: 
Qomez, 64 (1:0)