"Beşiktaş"da ayrılıq
"Beşiktaş"ın italiyalı futbolçusu Şer Endur klubdan ayrılıb.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Fiorentina" Şer Enduru transfer edib.
20 yaşlı futbolçu İtaliya klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Şer Endur cari mövsüm çıxış etdiyi 22 matçda 1 qol və 2 asistlə yadda qalıb.