"Beşiktaş"da ciddi itki yaşanıb

"Beşiktaş"ın italiyalı futbolçusu Çiro İmmobilenin zədələndiyi açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli hücumçu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Oyunçunun müalicəsi davam edir.

Qeyd edək ki, Çiro İmmobile bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 13 qolla yadda qalıb.