"Beşiktaş"da koronavirus şoku davam edir: bu dəfə prezident...

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi koronavirusa yoluxub. 

Sportline.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 61 yaşlı funksionerin müalicəsinə başlanılıb. 

Qeyd edək ki, daha öncə "Beşiktaş" klubunda 8 nəfərdə koronavirus aşkarlandığı bəlli olub.