"Beşiktaş"da müdafiə mövqeyinə daha bir namizəd

Çempionluq yolunda iddialı heyət qurmaq istəyən "Beşiktaş"da diqqətlər Şotlandiyaya yönəlib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "ağ-qaralar" "Reyncers"in sağ cinah müdafiəçisi Ceyms Tavarnieri gündəminə alıb.

Xəbərdə bildirilir ki, "Beşiktaş"ın baş məşqçisi Covanni van Bronkhorst keçmiş tələbəsini heyətdə görmək istəyir.

Klubun rəsmiləri artıq 32 yaşlı futbolçunun meneceri ilə görüşüblər.

Qeyd edək ki, "Reyncers" forması ilə bu günə qədər 467 oyuna çıxan Tavarnier bu matçlarda 125 qol vurub, 131 asist edib.Onun klubla 2026-cı ilə qədər müqaviləsi var.