"Beşiktaş"dan dəstək mesajı

Türkiyənin “Beşiktaş” klubu sosial hesabında Azərbaycan ordusuna dəstək olub.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisinin paylaşımında “Tək millət, iki dövlət. Hər zaman yanındayıq, Azərbaycan!”, – yazılıb.

Bundan əvvəl “Qalatasaray” və “Trabzonspor” Azərbaycana dəstək mesajı paylaşmışdı.