"Beşiktaş"dan "Hatayspor"a

"Beşiktaş" nəhayət ki, Vensan Abubakara klub tapıb.

Sportline.az xəbər verir ki, ötən mövsümdən klubun yollarını ayırmaq istədiyi forvard "Hatayspor"un formasını geyinəcək.

32 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Transfer hüququ "Beşiktaş"da olan futbolçu icarə əsasında yeni komandasının uğurları üçün çalışacaq.

Qeyd edək ki, Abubakar "Beşiktaş" forması ilə meydana çıxdığı 117 oyunda 60 qol, 14 asistə imza atıb.