"Beşiktaş"dan inamlı qələbə

Türkiyə Kubokunda II turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, C qrupunun favoriti “Beşiktaş" doğma arenada "Keçiörengücü"nü 3:0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, C qrupuna 6 xalla “Beşiktaş” başçılıq edir. Aktivində 3 xal olan “Rizespor”, “Kocaelispor”, “Erzurumspor”, “Fənərbaxça”, “Keçiörengücü” və “Qaziantepspor” isə 2–7-ci pillələri bölüşür.