"Beşiktaş"dan "Mançester Yunayted"ə təklif var
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobi Meyno icarə əsasında "Beşiktaş"a keçə bilər.
Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi klubdaki mövqeyindən narazıdır.
K.Meyno bu mövsüm cəmi 302 dəqiqə meydanda olub.
Qeyd edək ki, İngiltərə millisinin üzvünün dəyəri 40 milyon avrodur.