“Beşiktaş”dan “Trabzonspor”a doğru
"Beşiktaş"ın albaniyalı futbolçusu Ernest Muçi "Trabzonspor"a transfer olacaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nurgül Günaydın məlumat yayıb.
24 yaşlı oyunçu karyerası ərzində meydana çıxdığı 239 matçda 52 qol 19 asistlə yadda qalıb.
Qeyd edək ki, E.Muçi bu mövsüm 6 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.