"Beşiktaş"dan yeni mövsümün ilk transferi
"Beşiktaş"ın kişilərdən ibarət basketbol komandası yeni mövsümün ilk transferini gerçəkləşdirib.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, İstanbul klubu "Manisa"nın 27 yaşlı basketbolçusu Emanuel Terri ilə razılıq əldə edib.
ABŞ-li basketbolçu bu mövsüm Super Liqada 14.2 xal, 3.2 ribaund və 5.3 asist ortalaması ilə yadda qalıb.
Qeyd edək ki, Emanuel Terri daha əvvəl NBA-da "Finiks Sans" və "Mayami Hit" komandalarının formasını geyinib.