"Beşiktaş"ı "Fiorentina"ya dəyişə bilər
"Beşiktaş"ın italiyalı futbolçusu Şer Endur karyerasını ölkəsində davam etdirə bilər.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Fiorentina" Şer Enduru heyətinə qatmaq istəyir.
20 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 4 milyon avrodur.
Qeyd edək ki, Şer Endurun "Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatacaq.
O cari mövsüm çıxış etdiyi 22 matçda 1 qol və 2 asistlə yadda qalıb.