"Beşiktaş"ın yeni transferi bu gün İstanbula gələcək
"Beşiktaş"ın "Latsio"dan heyətinə qatdığı Ciro İmmobile bu gün Türkiyəyə gələcək.
Sportline.az xəbər verir ki, bu barədə Ntvspor.net saytı məlumat yayıb.
İtaliyalı hücumçu ilə 2 illik müqavilə imzalanacağı gözlənilir.
Ciro İmmobile 2016-cı ildən "Latsio"da çıxış edirdi. Bu müddət ərzində paytaxt klubu ilə 340 oyuna çıxan 34 yaşlı futbolçu 207 qol və 54 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu eyni zamanda 4 dəfə A Seriyasının bombardiri olub.
Qeyd edək ki, Ciro İmmboli daha əvvəl karyerasında "Sevilya", "Torino", "Borussiya" Dortmund kimi klubların formasını geyinib.