“Beşiktaş”ın borcu açıqlandı

İstanbul nəhəngi “Beşiktaş”ın bu gün keçirilən konqresdə borcunun məbləği bilinib.

Sportline.az “Sabah Spor” saytına istinadən xəbər verir ki, İstanbul Lütfi Kırdar Konqresi və Sərgi Mərkəzi-Anadolu Auditoriyasında Beşiktaş Divanının 2024-cü il üçün 2-ci növbədənkənar iclası keçirilib.

Yığıncaqda Beşiktaş Təftiş Komissiyasının üzvü Özgür Şəntürk şura üzvlərinə maliyyə məsələləri ilə bağlı məlumat verərkən, borcun 31 may 2024-cü il tarixinə 10 milyard 638 milyon 827 min 351 TL olduğunu açıqlayıb.

Qeyd edək ki, "Qara qartal" son illər maliyyə problemlərindən yaxa qurtara bilmir.