"Beşiktaş"ın futbolçusuna astronomik təklif

"Beşiktaş"ın futbolçusu Əl-Musrati İstanbulu tərk edə bilər.

Sportline.az xəbər verir ki, "qara qartallar" liviyalı yarımmüdafiəçi üçün kifayət qədər yüksək məbləğli təklif alıblar.

Ntvspor.net saytının yaydığı xəbərə görə, adı çəkilməyən Səudiyyə Ərəbistanı klubu bu futbolçu üçün 20 milyon avro ödəməyə hazırdır.

İstanbul təmsilçisinin bu təklifi müsbət qarşıladığı bildirilir. 

Qeyd edək ki, "Beşiktaş" bu ilin fevralında Əl-Musrati üçün "Braqa"ya 11 milyon avro ödəmişdi.