"Beşiktaş"ın kamerunlu futbolçusu komandanın düşərgəsindən ayrılıb

"Beşiktaş"ın hücumçusu Vinsent Abubakar baş məşqçi Van Bronkhorstdan icarə alaraq Kameruna gedib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, buna səbəb 32 yaşlı futbolçunun övladının yaşadığı sağlamlıq problemi olub.

Abubakar bu mövsüm Türkiyə klubu ilə rəsmi oyuna çıxmayıb.

Qeyd edək ki, hücumçunun "Beşiktaş"la müqaviləsi bu mövsümün sonunda başa çatacaq.