"Beşiktaş"ın sabiq oyunçusu İngiltərə klubunda

"Beşiktaş"ın sabiq futbolçusu Kayl Larin karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportline.az xəbər verir ki, kanadalı forvard icarə əsasında "Sounthempton"a keçib.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, K.Larin cari mövsüm meydana çıxdığı 15 matçda 1 qol, 1 asistlə yadda qalıb.