"Beşiktaş"ın yeni hədəfi

Yeni mövsümə çempionluq hədəfi ilə başlayan "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, "Qara-Qartal" "Latsio" forması geyinən Elseid Hysaj ilə razılaşmağa yaxındır.

Alban futbolçunun transferində milli komandadan Ernest Muçinin də rolu var.

Futbolçunun "Latsio" ilə 2025-ci ilə qədər müqaviləsi mövcuddur.

Qeyd edək ki, 31 yaşlı müdafiəçi bu mövsüm "Latsio" heyətində 2 oyunda meydanda olub