“Beşiktaş”ın yeni prezidenti

"Beşiktaş" klubunda prezident vəzifəsinə Serdar Adalı seçildi.

Sportline.az xəbər verir ki, Adalı klubun növbədənkənar seçki qurultayında Hüseyin Yücel ilə prezidentlik uğrunda mübarizədən qalib ayrılıb.

Hüseyin Yüceli (2 648 səs) böyük fərqlə geridə qoyan Serdar Adalı (6 338 səs) "Beşiktaş"ın yeni prezidenti olub.

Serdar Adalı klubun 36-cı rəhbəridir.