Beşqat ölkə çempionu çətin günlərini yaşayır

“İrtış” klubu Qazaxıstan Premyer Liqasından uzaqlaşdırılıb.

Sportline.az xəbər verir ki, Pavlodar təmsilçisi maddi öhdəlikləri yerinə yetirə bilmədiyi üçün çempionatdan kənarlaşdırılıb.

"İrtış"ın iflas olduğu barədə xəbərlər yayılmışdı.

Klub 5 dəfə ölkə çempionu olub.