Beyl Madridi tərk etməyə hazırlaşır
"Real"ın ulduzu Qaret Beylin komandanı tərk edəcəyi ilə bağlı yayılan söhbətlər səngimək bilmir. SportLine.az xəbər verir ki, "Talksport" hücumçunun mövsümün sonunda Madrid təmsilçisi ilə vidalaşacağını deyir.
Məlumata görə, futbolçu "Mançester Yunayted"lə razılığa gəlib. "Qırmızı şeytanlar" "kral klubu"nu da yola gətirsələr, Q.Beyli yeni mövsüm Premyer Liqada görə bilərik.
Qeyd edək ki, uelsli forvard "Real"dan əvvəl digər ingilis klubu - "Tottenhem"in şərəfini qoruyub.