Beyl "Mançester Yunayted"ə keçməyə razıdır

Madrid "Real"ının futbolçusu Qaret Beyl Premyer Liqaya qayıtmaq niyyətindədir. SportLine.az "Daily Express"ə istinadən xəbər verir ki, uelsli ulduz "Mançester Yuanyted"lə razılıq gəlib. 

Danışığa əsasən, "kral klubu" Çempionlar Liqasında mövsümü qalib bitirsə, Q.Beyl yay transfer pəncərəsində "qırmızı şeytanlar"a qoşulacaq. 

Hücumçunun bu qərarından narazı qalan klub prezidenti Florentino Perezin futbolçuya yeni müqavilə təklif edəcəyi istisna olunmur.

Qeyd edək ki, Q.Beyl "Tottenhem"dən "Real"a transfer edilib.