BOK-dan geri addım

Beynəlxalq Olimpiya Komitəsi (BOK) avstraliyalı üzgüçü Brenton Rikardla bağlı dopinq iddiasını geri götürüb.

Sportline.az xəbər verir ki, bununla bağlı “Swimming World” jurnalı məlumat yayıb. Xəbərdə qeyd edilib ki, 2020-ci ilin noyabrında BOK London Olimpiadasından sonra dopinq nümunələrini yenidən yoxladığı zaman B.Rikardın qadağan olunmuş maddələrdən istifadə etdiyi məlum olub. Belə ki, üzgüçünün nümunəsində furosemid maddəsi tapılıb.

Bununla bağlı iş İdman Arbitraj Məhkəməsinə (CAS) göndərilib və keçən ilin sonunda dinləmələr keçirilib. Məhkəmədə BOK idmançıya qarşı irəli sürülən ittihamları ləğv edib. Beləliklə, heyətində B.Rikard, Ceyms Maqnussen, Kristian Şprenqer, Hayden Ştokel, Mett Tarqett, Tommaso D'Orsonyanın yer aldığı Avstraliya milli komandası London Oyunlarında estafet yarışında (4x100) əldə etdiyi bürünc medaldan məhrum edilməyəcək.

Qeyd edək ki, B.Rikardo Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısıdır.