Bir gecədə 100 min dollar uduzan azərbaycanlı futbolçu

Kiyev "Dinamo"sunun Azərbaycan əsilli sabiq futbolçusu Aleksander Əliyev Ukrayna mətbuatına daha bir maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, qumarda uduzduğu böyük məbləğdən söz açıb:

“Bir dəfə kazinoda, bir gecədə 100 min dollar uduzdum. O vaxt, çempionluq mükafatını almışdıq. Yaxşı pul qazanmışdım. Axşam saat yeddidə kazinoya girib, günorta 12-də çıxmışdım. Bayıra çıxanda artıq yüz min dollar getmişdi. Əlbətdə ki, çox üzücü idi. Dörd gün yata bilməmişdim”, - Aleksandr Əliyev belə deyib.