"Bizi hər üç komanda ilə maraqlı görüş gözləyir" - Qurban Qurbanov

“Qarabağ”ın Çempionlar Liqasının "C" qrupunda İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko” və İtaliyanın “Roma” klubları ilə mübarizə aparacaq.

SportLine.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında püşkü dəyərləndirib: "Hər üç rəqibimiz "TOP-5" ölkələrinin təmsilçisidir. Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq, hər üç komanda ilə bizi maraqlı qarşılaşmalar gözləyir. Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridir. Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”. 

Qeyd edək ki, "Qarabağ" ilk görüşünü sentyabrın 12-də Londonda "Çelsi"yə qarşı keçirəcək.