BMX növü üzrə dünya kuboku yekunlaşıb

Yaponiyanın Hiroşima şəhərində qadınlar arasında BMX növü üzrə dünya kuboku turniri başa çatıb.

Sportline.az xəbər verir ki, aprelin 19-dan 21-ədək davam edən yarışlarda maraqlı nəticə qeydə alınıb.

Belə ki, Amerika Birləşmiş Ştatlarının 17 yaşlı velosipedçisi Hanna Roberts bütün rəqiblərini qabaqlayaraq çempionatın qızıl medalını qazanıb. Gənc olmağına baxmayaraq iddialı velosipedçilərdən sayılan Hanna bununla da 3-cü dəfə Dünya kubokunun qalibi olub.

İkinci və üçüncü yerlərdə isə almaniyalı Lara Lessmannla amerikalı Perris Beneqas qərarlaşıb.