"Boavişta" Kamrana rəqib tapdı

Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" heyətini qapıçı ilə gücləndirib. SportLine.az xəbər verir ki, Portuqaliya klubu Belçikanın “Muskron” klubunda çıxış edən Vaqner da Silva ilə anlaşıb. 

Klublar arasında razılığa əsasən 30 yaşlı braziliyalı qolkiper cari mövsümün sonuna qədər “Boavişta”da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Kamran Ağayev “Boavişta”nın əsas qapıçısıdır.