"Boavişta" meydana Kamransız çıxacaq
Bu gün Portuqaliya çempionatında 18-ci turun növbəti görüşləri keçiriləcək. Sportline.az xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta""Aroka"nın qonağı olacaq. Kamran Bakı vaxtı ilə 00:30-da start götürəcək görüşü kənardan izləməli olacaq. O, ötən tur "Benfika" ilə oyunda rəqib futbolçularla kəskin mübahisələrə görə, 3 oyunluq cəzaya məruz qalıb. Kamran Portuqaliya çempionatında forma geyindiyi VI turdan sonra ilk dəfə "Boavişta"nın heyətindən kənarda qalacaq. Emin Mahmudovun isə, bu qarşılaşmada meydana çıxacağı gözlənilir. Xatırladaq ki, "Boavişta" 17 oyundan 21 xalla 11-ci, "Aroka" isə 23 xalla 9-cu pillədədir.