"Boavişta" qalib gəldi

Portuqaliya Premyer Liqasında 18-ci turun görüşləri davam edir.

SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" bu tur "Arouka"nın qonağı olub. Qarşılaşma "Boavişta"nın qələbəsi ilə yekunlaşıb. 

K.Ağayev cəza səbəbilə komandasına kömək edə bilməyib. E.Mahmudov isə matçı ehtiyat oyunçular skamyasından izləyib.