"Boavişta" - "Setubal"
Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, "Setubal"ı qəbul edən "damalılar" minimal hesablı qələbəyə seviniblər.
Kamran Ağayev meydana start heyətində daxil olub. Emin Mahmudov isə qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, xallarının sayını 20-yə çatdıran “Boavişta” turnir cədvəlində 9-cu pilləyə yüksəlib.