"Bolonya" "Aston Villa"ya qarşı
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulur.
Sportline.az xəbər verir ki, "Bolonya" öz meydanında "Aston Villa" ilə qarşılaşacaq.
İtaliya klubunda Lukaş Skorupski, Çaralambos Likogiannis, Benya Domingez, Tis Dallinqa zədə, Martin Vitik isə cəza səbəbindən görüşü buraxmalı olacaq.
Birmingem təmsilçisində isə Boubakar Kamara zədəlidir.
Qeyd edək ki, "Bolonya" - "Aston Villa" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Matçda söz sahibi isveçrəli Sandro Şerer olacaq.