“Bormunt” bu futbolçuya görə 50 milyon avro tələb edir
“Bormunt” futbolçusu Antonio Semenyonun transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, İngiltərə klubu 25 yaşlı sağ cinah vingeri üçün 50 milyon avro tələb edir.
Bu haqda “Telegraph” nəşri məlumat yayıb.
Semenyo ilə “Mançester Yunayted” və “Tottenhem” klubları yaxından maraqlanır.
Qeyd edək ki, Qana millisinin üzvü bu mövsüm meydana çıxdığı 10 matçda 6 qol, 3 asistlə yadda qalıb.