“Bormunt”dan “Mançester Yunayted”ə keçə bilər

“Bormunt”un macarıstanlı futbolçusu Miloş Kerkez mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, “Mançester Yunayted” M.Kerkezi transfer etmək qərarına gəlib.

“Bormunt” Kerkez üçün 35 milyon avro tələb edir.

Qeyd edək ki, 21 yaşlı futbolçunun “Bormunt”la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.