"Bornmut" futbolçusuna yeni müqavilə təklif edəcək

"Bornmut" forvardı Eli Kroupiyə yeni müqavilə təklif edəcək.

Sportline.az xəbər verir ki, bu haqda "Sun Sport" nəşri məlumat yayıb.

19 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 22 matçda 8 qolla yadda qalıb.

Qeyd edək ki, "Real Madrid", "Paris Sen-Jermen", "Çelsi" və "Liverpul" sözügedən oyunçu ilə yaxından maraqlanır.